Rusiya çempionu, Azərbaycan millisinin ilk kapitanı Nazim Süleymanov bu gün yenidən meydana çıxacaq.
Sport7.az xəbər verir ki, Vladiqafqazda bu gün "Alaniya"nın çempion heyəti Şimali Osetiya yığması ilə qarşılaşacaq.
"Alaniya"nın heyətində həmyerlimiz Nazim Süleymanovla yanaşı İnal Cioyev, Zaur Xapov, Baxva Tedeyev və Artur Paqayev kimi futbolçular çıxış edəcək.
Osetiya yığmasının formasını isə Alan Zaqoyev, Soslan Canayev, Vladimir Qabulov geyinəcək.
"Əfsanələrin oyunu"nun keçirilməsi ideyası "Arsenal"ın qapıçısı Vladimir Qabulovun Şimali Osetiyanın rəhbəri Vyaçeslav Bitarovla görüşündə səsləndirilib. Qısa bir zamanda təşkilatı işlər görülüb.
Vladiqafqazın mərkəzindəki "Spartak" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək və Şimali Osetiyanın dövlət telekanalı ilə canlı yayımlanacaq.
Digər xəbərlər
loading...