Vazeh Əsgərov Səməd Seyidovu, həyat yoldaşı isə Novruz Məmmədovu əvəzləməliymiş…
Bir müddət öncə, “Səməd Seyidov özünə quyu qazır, Vazeh Əsgərov rektorun kürsüsünə göz dikib” başlıqlı məqalə dərc etmişdik. Məqalədə göstərilirdi ki, Azərbaycan Dillər Universitetinin sabiq rektoru Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil ocağında növbəti saxtakarlığa yol verib. Belə ki, müəssə rəhbəri heç bir elmi dərəcəsi olmayan və diplomu ölkəmizdə tanınmayan Vazeh Əsgərovu univeristetin tədris işləri üzrə prorektoru təyin edib.
Bu barədə Savash.org-un redaksiyasına univeristetə yaxın mənbədən məlumat verilmişdi.
İddilara görə, V.Əsgərov Fransanın Strazburq Univeristetində təhsil alsa da, Azərbaycan Təhsil Nazirliyi onun diplomunu tanımayıb. Buna rəğmən S.Seyidov nazirliyin qərarına məhəl qoymadan, hansısa qanuni sənədə söykənmədən sözügedən vəzifəni ona həvalə edib:
“Doğrudur Səməd müəllim V.Əsgərova böyük etimad göstərərək, qeyri-leqal da olsa, onu “vice-rekteur” postuna təyin etmişdi. Amma keçmiş rektor V.Əsgərovun univeristetdə hansı işlərlə məşğul olmasından xəbərsiz idi. Baxın, S. Seyidov Avropa Şurası Parlamnet Assembleyasının Azərbaycan nümayəndə heyyəti üzrə rəhbəridir, eyni zamanda millət vəkilidir. Onun univeristetə gəlməyə və ya tələbələrin qayğıları ilə maraqlanmağa elə də vaxtı olmurdu. Universitetdə olanda da başı yalnız konfranslara qarışırdı. Digər tərəfədən Səməd müəllim univeristetdə olsa da, tələbələr onunla görüşə bilmirdi. Buna səbəb V.Əsgərovun bütün məslələrə əl qatması idi. V.Əsgərovun razılığı olmadan heç bir tələbə S.Seyidovla görüşə bilməzdi. Hətta V.Əsgərovdan şikayətçi olan bəzi tələbələr rektorla görüşə dəfələrlə səy göstərsələr də, buna nail ola bilməyiblər. Tələbələrin söylədiklərinə görə, univeristetin Şəmsi adlı mühafizəçisi “Öncə Vazeh müəllimin yanına gedib, icazə alın ” deyərək onların rektorla görüşünə imkan verməyib”.
Savash.org-u məlumatlandıran mənbə bildirib ki, hətta sabiq rektorun katibələri də Səməd müəllimə görüşmək istəyən tələbələri V.Əsgərovun yanına göndərirmiş: “Bu cür idarəetmənin altında iki maraqlı mətləb dayanır. Ya sabiq müəssə rəhbəri özü bunu yasaqlayıbmış, ya da V.Əsərov bütün sahələri öz kurasıyasına alıbmış ki, qanunsuz əməllərindən eks- rektor xəbər tutmasın. Doğrudur, Səməd müəllimin ədalətli, obyektiv və demokratik insan olduğu deyilir. Amma demokratik bir insanın tələbəni saymaması nə dərəcədə ədalətli və demokratik rəftardır? Hər halda bu yazı keçmiş rektorun əlinə keşəcəksə, aydınlıq gətirsin”.
Mənbə onu da diqqətə çatdırıb ki,əslən Bakıdan olan V.Əsgərov sabiq rektorun postuna göz dikibmiş: “V.Əsgərov yaxınlarından biri mənimlə söhbətində söylədi ki, V.Əsgərov deyib ki, ADU- nun sabiq rektorlarından biri olan Qorxmaz Quliyev də bakılı olub. İndi də tarix təkrarlanır. Bir az zaman keçsin, univeristetə mən özüm rəhbərlik edəcəm və bakılıları ətrafıma yığacam. Biz sözlə V.Əsəgrova mühüm post verməklə S.Seyidov özünə quyu qazırmış”.
Mənbə bəyan edib ki, V.Əsgərovun həyat yoldaşı Vəfa Əsgərova da Prezident Administarsiyanın Xarici Əlaqələr şöbəsinin və ADU- nun Şifahi nitq kafedrasının müdiri Novruz Məmmədovun vəzifəsini icra edir: “Təsəvvür edin, V.Əsgərovanın heç bir elmi dərəcəsi yoxdur. Heç baş müəllim dərəcəsinə də layiq görülməyib. Təhsil sistemindən xəbəriz olan bu adam kafedra müdirinin vəzifəsini icra edir. Üstəgəl, maraq doğuran məsələ odur ki, V.Əsgərova müdir əvəzi deyil, məhz həmin kafedranın müdiri olmaq arzusundadır. O, da sözügedən kafedraya rəhbərlik etmək istəyinə düşüb”.
Mənbə vurğulayıb ki, indi rektor müşaviri kimi çalışan Vazeh Əsgərov prorektor olduğu müddətdə hazırda universitetin rektor vəzifəsini icra edən professor Dünyamin Yunusova qarşı genişmiqyaslı anti -təbliğat aparıb: “Sabiq prorektor zaman-zaman “yaşlılar idarəçilikdən və ümumən universitetdən uzaqlaşdırılmalıdırlar” iddiası ilə çıxış edib. Çünki həmin dönəmdə D.Yunusov bu ali məktəbin elmi işlər üzrə prorektoru vəzifəsində çalışırdı. Hətta V.Əsgərov Müasir fransız dilinin fonetika və qrammatika kafedrasının keçmiş müdiri, professor Bilal İsmayılovu da “vurub”. Yeganə səbəb B. İsmayılovun zamanında V.Əsgərova dərs deməsi və onun çox zəif tələbə olduğunu bilməsidir. Hətta deyilənə görə, V.Əsgərov B.İsmayılovdan həmişə aşağı qiymətlər alırmış(maraqlananlar arxivi açıb baxa bilər) Yəni intellektual səviyyəsi və dil bilgisi tamamilə aşağı imiş. Bunu da professor bildiyi üçün V.Əsgərov B. İsmayılovun nəinki kafedra müdirliyindən, ümumiyyətlə universitetdən getməsinə dair danos hazırlayıb və nəticədə arzusuna çatıb. V.Əsgərovun “Bilal İsmayılov rüşvətxordur” adı ilə hazırlayıb S.Seyidova təqdim etdiyi kompramatlar nəticəsində B.İsmayılov kafedra müdirliyindən kənarlaşdırılıb. İddialara görə, V.Əsgərov ADU ya, öz ətrafınə yaxın və qohum əqrabasını yığır”.
Mənbə onu da əlavə edib ki, Əsgərovlar qruplaşmasının üzvü olan universitetin şifahi nitq kafedrasının müəllimi Alik Hənifəyev tələbələrlə danışıqlarında sabiq rektoru külli miqdarda vəsaitin qanunsuz mənimsənilməsində təqsirləndirib: “A.Hənifəyev rektorun əleyhinə təbliğat aparır. Məsələn, o tələbələrlə söhbətlər zamanı dəfələrlə deyib ki, hər il müəssədə lazımsız yenidənqurma işləri aparılır. “Foye” yenilənir. Hər il də külli miqdarda vəsait ayrılır. Görülən işlər pul silmək üçün bir vasitədir. Bunlar hamısı qanunsuz yeyintilərdir, maxenasiyadır. Müəllimin cibindən kəsib özlərinə şərait qururlar. “Başqasının bədbəxtliyi üzərində öz xoşbəxtliklərini düzənləyirlər”. Ola bilər ki, Alik müəllim ayrı-ayrı şəxslərin yanında Səməd müəllimə böyük ehtiramının olduğunu söyləsin. Amma tələbələrlə danışığında tamaməm başqa fikirlərlə , qara piar kampaniyası ilə çıxış edir”.
Son günlər mötəbər bir mənbədən əldə etdiyimiz məlumatlara görə isə, V.Əsgərov prorektor vəzifəsindən uzaqlaşdırılıb. Qaynağımızın iddiasına görə, S. Seyidov rektorluqdan getsə də, universitetə təsirləri hələ də qalmaqdadır və o V.Əsgərovun oyunlarını bilib və bu səbəbdən də onun çıxarılmasına dair göstəriş verib. Bu baxımdan V.Əsgərov prorektorluqdan kənarlaşdırılıb. Hazırda V.Əsgərovun həyat yoldaşı Vəfa Əsgərovanın kafera müdiri Prezident Admisnbtasiyansın şöbə müdiriNovruz Məmmədovu əvəz edib, etməməsi son günlərin müzakirə mövzusudur. Mənbə iddia edir ki, hazırda uviversitetdə yoxlamalar gedir, çox güman ki, yoxlamaların nəticəsi olaraq V.Əsgərovun yoldaşı da işdən çıxarılacaq. Çünki o, Novruz Məmmədovun vəzifəsini icra etsə də, rəsmi olaraq həmin posta təyinat almaq istəyib”.
Bu günlərdə mənbə onu da diqqətə çatdırıb ki, bir neçə ay öncə Ali Attestasiya Komissiyası V.Əsəgroun doktor elmi dərəcəsini təsdiqləyib. Amma bu məsələ heç də onun uzun müddət qanunsuz yolla prorektor kimi çalışması faktını ört -basdır edə bilməz.
MilliYol.Az
Digər xəbərlər
loading...