Milli Məclisinin deputatının qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə və səsvermə hüququnun şəxsən həyata keçirilməsi qaydasını pozduqda mandatdan məhrum edilməsi qaydası müəyyənləşib
Bununla bağlı Seçki Məcəlləsinin 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə əlavələr edilir.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində uzun sürən müzakirələrdən və deputatların etirazından sonra Seçki Məcəlləsinin 175-ci maddənin 3-cü bəndində dəyişiklik edilib. Dəyişikliyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2, 4 və 5-ci bəndləri ilə yanaşı, 6-cı və 7-ci bəndlərində də göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi ilə bağlı Milli Məclisin İntizam Komissiyası rəsmi məlumat verərək,Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək. Daha sonra isə MSK-da deputatın mandatdan məhrum edilib-edilməyəcəyi müzakirə olunacaq və bu barədə qərar qəbul ediləcək.
Deputat MSK-nın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
Xatırladaq ki, Konstitusiyanın 89-cu maddəsinin 6-cı və 7-ci bəndi müvafiq olaraq aşağıdakı kimidir:
6-cı bənd: deputat Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini (Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər) pozduqda;
7-ci bənd: deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.
Qeyd edək ki, Seçki Məcəlləsinə dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirə ediləcək. (modern.az)
Digər xəbərlər
loading...