İstanbulda ilk dəfə olaraq maşinistsiz idarə olunan metro qatarları dekabrın 15-də xəttə buraxılacaq
Bu barədə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Mevlut Uysal "Twitter" hesabında yazıb.
M.Uysal qeyd edib ki, bu qatarlar Üsküdar-Ümraniye stansiyaları arasında işləyəcək.
Bələdiyyə sədri müvafiq metro xəttinin açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslərin iştirak edəcəyini bildirib.
Qeyd edək ki, maşinistsiz qatarların hərəkət etdiyi metro xətti ötən ay uğurla sınaqdan keçirilib. (trend)
Digər xəbərlər
loading...