Polşanın paytaxtı Varşavada Ermənistan prezidenti Serj Sarkisyan Fransa prezidenti Fransua Ollandla görüşüb. Anspress-in məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti xəbər verib.
NATO sammiti çərçivəsində Polşanın paytaxtında olan Sarkisyan xüsusi münasibətlərə və həyati əhəmiyyətli bütün məsələlərdə Ermənistana ardıcıl köməyə görə Fransaya minnətdarlığını bildirib. Sarkisyan Ermənistanda Fransayla xüsusi münasibətlərə görə fəxr edildiyini vurğulayıb.
Ermənistan prezidenti həmçinin Fransa parlamentinin qəbul etdiyi “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza tətbiqini nəzərdə tutan qanun qəbulunda göstərdiyi səylərə görə minnətdarlığını bildirib.
Serj Sarkisyan Fransa prezidenti Fransua Ollandla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması probleminə toxunaraq bu barədə ətraflı müzakirələr aparıb. Ermənistan prezidenti bu məsələdə Fransanın aktiv rolunun əhəmiyyətini vurğulayıb.
2012-ci ilin fevralında Fransa Konstitusiya Şurası parlamentin qəbul etdiyi “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza tətbiqini nəzərdə tutan qanunu ləğv edib. Olland bunu ermənilərin və fransızların böyük məğlubiyyəti adlandırıb: "Əgər yeni qanun Konstitusiya Şurası tərəfindən ləğv edilərsə və ya Fransanın Avropa İnsan Haqları Məhkəməsi qarşısında cavabdehliyi ilə nəticələnərsə, o zaman bu, ölkəmiz və erməni məsələsi üçün dəhşətli bir məğlubiyyətə çevriləcək, inkaretmənin qələbəsi olacaq".
Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tuturdu. Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib.
MilliYol.Az
Digər xəbərlər
loading...