Bir neçə gündür ki, “Altın Kələbək” nomainantları əməkdar artist Röya Ayxanla Nigar Camal arasında qalmaqal yaşanır
Belə ki, Röya mükafatlandırmada həmkarının əsəbi olduğunu və mükafat aldığı üçün onu təbrik etmədiyini bildirib.
Məsələyə şou-biznesin digər nümayəndələri də qarışıb. Müğənni Nura Surinin Röyaya dəstək olmasına Röya belə cavab verib:
“Gözəlim, nə onunla, nə də bununla işim yoxdur. Nə də olasıdır… Amma mən bu günə qədər birinə boş yerə söz deməmişəm. Özləri aldanıb, 200 min verib. İş görə bilməyiblərsə, mənim günahım deyil”.
Nigar Camal isə yaşananlar qarşısında səssiz qalıb. O, qalmaqala qarışmaq istəmədiyini bildirib: “ “Altın Kələbək”lə bağlı nə deyiblərsə, canları sağ olsun. Mən bir daha təbrik edirəm. Uğurlarının ardı gəlsin. Qalmaqal mənlik deyil. Bu cür söhbətlərə girməyəcəm. Təbriklər. Röya və Röyasevərləri təbrik edirəm”. (musavat.com)
Digər xəbərlər
loading...