Bitkoin etibarsız, yüksək dərəcəli spekulyativ aktivdir və o, çirkli pulların yuyulmasında istifadə oluna bilər
Oxu.Az-ın xəbərinə görə, bunu ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) başçısı Canet Yellen bəyan edib.
"Hazırda beynəlxalq hesablaşmalarda bitkoin cüzi yer tutur. Həmçinin bitkoin qanunvericiliklə tənzimlənməyən qeyri-sabit mənfəət mənbəyi kimi səciyyələndirilir. Federal Ehtiyatlar Sistemi bitkoinlə bağlı hər hansı tənzimləyici rol oynamaq fikrində deyil”, - deyə C.Yellen bildirib.
C.Yellen banklara qeyri-qanuni yolla əldə edilmiş maliyyə vəsaitlərinə qarşı çıxmağın vacibliyini xatırladaraq bəyan edib ki, çirkli pulların yuyulmasında bitkoindən də istifadə oluna bilər.
Digər xəbərlər
loading...