Avropa İttifaqı ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə bağlı qərarı dəstəkləmir
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bunu Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib.
Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri öz səfirliklərini paytaxt Təl-Əvivdən Qüdsə köçürməyəcək.
Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi İsrailin baş naziri Benyamin Netanyahu ilə iki saat davam edən görüşdən sonra deyib: “Netanyahu digər ölkələrə bel bağlaya bilər, Aİ ölkələri tərəfindən belə addım atılmayacaq”.
Digər xəbərlər
loading...