Bazar ertəsi, 20 Avqust 2018
USD : 1.7
EUR : 1.996
Hava
+34 ° Baku
+28 ° Quba
+28 ° Qusar
+32 ° Gəncə
+31 ° Lənkəran
+36 ° Naxçıvan
+33 ° Salyan
+31 ° Şəki

Lələ təpə döyüşçüsü Səlim Müslümovdan kömək istəyir

Beyləqan rayon sakini, Lələ təpə döyüşünün iştirakçısı Aslanov Azər Əbülfət oğlu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdan kömək istəyir.

Azfakt.com xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən və Milli Ordudan məcburi təxris olunan Azər Aslanov nazirliyin həkim komissiyasından narazıdır.

Azər Aslanov saytımıza verdiyi məlumatda qeyd edir ki, hazırda ona Respublika Milli Onkologiya Mərkəzində xərçəng xəstəliyinin "Qeyri Hockin limfoma”sı diaqnozu qoyulub. Lələ təpə döyüşünün iştirakçısı bildirir ki, xərçəng xəstəliyi ilə əlaqədər ona verilməli olan II qrup əlililik dərəcəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi komissiyası tərəfindən verilmir. 

Bir neçə dəfə sənədləri nazirliyin onlayn sisteminə göndərilsə də, sonda onun mobil telefonun nömrəsinə çox gülünc cavab gəlib. Həkim komisiyasından Azər Aslanovun mobil telefon nömrəsinə daxil olan cavabda bildirilib ki, xəstəliyə yeni tutulduğu və sağalmaq ehtimalının olduğunu nəzərə alaraq 2 ay gözləmək məsləhtdir. Ancaq xəstədəki xərçəng şişi bəd xassəlidir və artıq 5 (beş) dəfə kimyaterapiya qəbul edib. 

Lələ təpə döyüşünün iştirakçısı nazir Səlim Müslümova müraciətində qeyd edir: "Cənab nazir, sizin həkim komisiyanınız "Qeyri Hockin limfoma”diaqnozu qoyulmuş vətəndaşa II qrup əlillik dərəcəsi vermək istəmir. Nəzərinizə çatdırmaq istəyirəm ki, Nazirlər Kabinetinin qərarına əsasən, lokasiyasından asılı olmayaraq, belə xəstələrə II qrup əlillik verilir. Mən artıq 6 dəfə kimyaterapiya qəbul etmişəm və xəstəliyimin sağalma ehtimalının olmaması sizin həkim komisiya üzvülərinə bəlli olmasına baxmayaraq onlar, mənə hələ 2 ay gözləməyi məsləhət bilirlər. Cənab nazir, Milli Ordunun keçmiş döyüşçüsü kimi sizdən xahiş edirəm, hazırkı maddi durumumun ağır olmasını nəzərə alıb mənə kömək edəsiniz".

Etiket:

Vacib xəbərlərimizdən Poliqon İA (PİA.az) Teleqram-kanalından xəbər tutun.


Fotolar

Populyar xəbərlər

Geosiyasət

Korrupsiya

Elm və Texnologiya

Din və Mistika

Araşdırma

Media