Əməkdar artist Röya Ayxanın müğənnilər İradə İbrahimova və Nigar Camalla arasında olan qalmaqal səngimək bilmir
Axşam.az-ın məlumatına görə, hər üç ifaçı günlərdir bir-birinin ünvanına tənqidlər yazır, sərt fikirlər söyləyir. Ötən gün İradə və Nigarın sosial şəbəkədə yazdığl statusa Röya yenidən cavab verib.
“Altın kelebek” mükafatlandırma gecəsindən foto paylaşan sənətçi İradə və Nigara söz atıb:
“Mən sarı və qızılı ilə başladım. Amma gələn il it ilidir, özü də dəbli it. Görürsüz? Arxaya yox, önə baxmaq lazımdır. İt qara idi, indi qızılı olub. Əminəm ki, hamıya düşərli olacaq.
Mənimlə işiniz olmasın, dəli adamam. Gərək kağız göstərim? (gülür) Mənim nə onunla, nə də bununla işim var. Heç ola da bilməz.
Mən bu günə kimi durduq yerə kiməsə söz deməmişəm. Özləri aldanıb, 200 min verib iş görə bilməyiblərsə, günah mənim deyil. Türkdə ərdə olan xanım türkü əzə bilməz. Bəs niyə övladı var? Yeri gəlsə, sizə görə həyasız mənəm. Amma Nigarın camaat içində Anara bağıraraq “Bunu niyə çağırmısan?” deməsi normaldı. Söhbəti bağlayın, çürükçülüyü sevmirəm”.
Qeyd edək ki, müğənnilər arasındakı soyuqluq Türkiyədə keçirilən "Altın kelebek" mükafatlandırma gecəsində başlayıb. N.Camal əməkdar artisti sosial media üzərindən təbrik etsə də, onun bu addımını Röya qeyri-səmimi adlandırıb.
Digər xəbərlər
loading...