"Əslində, Prezident Putin Suriyadan ordunu çıxarmır. Əksinə, Suriyada yeni Rusiya hərbi bazası açıldı. İkincisi, Suriyada yer əməliyyatları İran və ya ona yaxın qüvvələr tərəfindən həyata keçirilir. Rusiya Suriyadan az sayda ordu çıxarır. Amma bütövlükdə İran və Rusiya Suriyaya nəzarət etməkdə davam edir
Bunu Teleqraf.com-a DİP sədri, politoloq Asim Mollazadə Putinin nümayişkaranə şəkildə Suriyaya səfər etməsi və Hmeymin aviabazasında ordunun Suriyadan çıxarılması haqda qərar verməsini şərh edərkən deyib.
Mollazadə qeyd edib ki, Putinin qərarı ilə məhdud sayda rus hərbçisi Suriyadan çıxarılacaq:
“Ancaq ümumilikdə Rusiya Suriyada hərbi imkanlarını və mövqeyini gücləndirir. Başqa sözlə, iki hərbi baza öz fəaliyyətini gücləndirir. Rusiya təyyarələri, silahlı qüvvələr Suriyada qalır. Bu qərarın verilməsinin səbəbi guya Rusiyanın sülh məramını dünyaya nümayiş etdirmək, bu ölkəyə olan təzyiqləri azaltmaq məqsədi də güdür. Əslində isə Suriyaya nəzarət Rusiya və İranın əlindədir”.
Politoloq Putinin ordunu Suriyadan çıxarmaq haqda qərarını Kremldə deyil, məxsusi olaraq Suriyadakı Hmeymim aviabazasında, ordu qarşısında elan etməsinin səbəbini də açıqlayıb: “Bununla dünyaya nümayiş etdirildi ki, Rusiyanın Suriyada hərbi bazası var, ruslar istədiyi zaman Suriyaya gələ bilər. Suriyada hakimiyyət onların əlindədir və Bəşər Əsəd də öz kreslosunda əyləşəcək”.
Politoloq qeyd edib ki, bölgədə İran hərbi bazalarının açılması və güclənməsi gərginliyi artıracaq: “İstisna etmirəm ki, hansısa mərqamda süni çoxluq yenidən Bəşər Əsəd rejiminə qarşı etirazlarını bildirəcək. Yəni məsələ tam həll edilməyib. Putinin Suriya səfəri qələbəsinin nümayişi idi”.
MilliYol.Az
Digər xəbərlər
loading...