Bu gün Türkiyədə növbəti terror aktı qeydə alınıb. MilliYol.Az yerli mətbuata istinadən xəbər verir ki, bu dəfə hədəf jandarma idarəsi olub.
Məlumata görə, terrorçular Mardinin Sultan Şeyhmus bələdiyyəsindəki Cevizpınar Jandarma İdarəsinə bombalı hücum təşkil edib. Partlayışın səsi o qədər güclü olub ki, şəhər mərkəzindən belə eşidilib. Hücumdan sonra terrorçularla təhlükəsizlik qüvvələri arasında atışma başlayıb. Hadisə yerinə çox sayda təcili yardım və təhlükəsizlik qüvvələri cəlb edilib.
İlkin məlumata görə, 1 şəhid, 11 əsgər yaralanıb. "Reuters"in yaydığı məlumatda isə yaralıların 11 nəfər olduğu bildirilir.
* * *
Genelkurmay Başqanlığı (Baş Qərargah İdarəsi) terrorla bağlı açıqlama verib. Açıqlamada bildirilir ki, terror aktı nəticəsində 2 türk əsgəri şəhid olub, 12 nəfər yaralanıb. Həçinin bir neçə sivil vətəndaş da həlak olub. Onların dəqiq sayı bilinmir. Yerli mətbuat isə 1 sivil vətəndaşın həlak olduğunu, çox sayda insanın yaralandığını yazır.
* * *
Türkiyə mətbuatının məlumatına görə, terrorçular bomba yüklənmiş maşını partlatdıqdan sonra jandarma idarəsini silahlarla atəşə tutub. Binada başlayan yanğın əsgərlər və sakinlər tərəfindən söndürülüb. Partlayış səbəbindən jandarma binası ilə yanaşı, ətrafdakı evlər də dağılıb. Onların arasında dövlət binaları da var. Hazırda dağılan evlərdə xilasetmə işləri aparılır.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...