“Rusiya və Türkiyə birgə Qüds məsələsinin həllində irəliləyişə nail ola bilər”
Bu sözləri Axar.az-a açıqlamasında Rusiya Prezidenti Vladimir Putin Ankaraya səfəri ilə bağlı danışan millət vəkili Asim Mollazadə deyib.
“Putinin Ankarada türkiyəli həmkarı ilə görüşündən sonra verilən bəyanatdan da aydın olur ki, Rusiya və Türkiyə Qüds məsələsində eyni mövqedədir. Bildiyiniz kimi, Rusiya İslam Konfransı Təşkilatının (İƏT) toplantısında müşahidəşi qismində iştirak edəcək. Rusiya hətta sovet dönəmindən də ərəbləri dəstəkləyib. ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarından sonra Rusiya yenidən bu bölgədə gündəmə gəlmək imkanı qazanıb. Hesab edirəm ki, Moskva belə bir şansı əldən verməyəcək”, - deputat bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ötən gün Ankaraya səfər edərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Liderlər ikitərəfli əlaqələrlə yanaşı, İsrail-Fələstin problemini və Suriyadakı vəziyyəti də müzakirə ediblər.
Digər xəbərlər
loading...