BMT 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 1,8 faiz artacağını proqnozlaşdırır
Trend-in məlumatına görə, bu barədə təşkilatın İqtisadi və sosial məsələlər departamentinin hazırladığı "Dünya iqtisadiyyatının vəziyyəti və perspektivlər" adlı hesabatda deyilir.
Hesabata əsasən, 2017-ci ildə Azərbaycanın ÜDM-i 1 faiz azalacaq, 2019-cu ildə isə 2,3 faiz artacaq.
Qeyd olunur ki, 2018-2019-cu illərdə ölkə iqtisadiyyatının bərpasına "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatına başlanması da kömək edəcək.
BMT-nin 2018-ci ilə proqnozları Azərbaycan hökumətinin gözləntilərini üstələyir. Belə ki, hökumət 2018-ci ildə ÜDM-in real artımını 1,5 faiz səviyyəsində proqnozlaşdırır. Hökumət 2017-ci ildə iqtisadi artımın 0,3 faiz səviyyəsində olacağını gözləyir.
Digər xəbərlər
loading...