“İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün səyləri göstərir”
Bunu İran parlamentinin sədri Əli Laricani İran-Ermənistan parlamentlərarası Dostluq Qrupunun Ermənistandan olan nümayəndə heyəti ilə keçirdiyi görüşdə bildirib.
“Düşünürük ki, münaqişələrin həlli üçün ən yaxşı yol siyasi danışıqlar və müzakirə yoludur. Bu problemin sülh və dostluqla başa çatacağına ümid edirik. Ona görə ki, bölgədə kifayət qədər münaqişə və gərginlik mövcuddur. Yeni qarşıdurma yaratmaq heç bir ölkənin xeyrinə deyil”, deyə Ə. Laricani bildirib.
Ə.Laricani qeyd edib ki, İran dostluq əli uzatdığı ölkə ilə axıradək dostluq yolunu davam etdirir və bəzi ölkələr kimi qəfildən dəyişmir: “Necə ki, İraq və Suriya bunun aşkar nümunəsidir. Həmin ölkələrdə terrorizm böhranı yaşanırdı və biz sonadək onların yanında olduq". (apa)
Digər xəbərlər
loading...