Rəsmi Vaşinqton Suriya Prezidenti Bəşər Əsədi 2021-ci ilədək hakimiyyətdən uzaqlaşdırmaq niyyətində deyil
TASS xəbər verir ki, "The New Yorker" jurnalının avropalı və amerikalı rəsmilər arasında olan mənbələrinin ötürdüyü məlumata əsasən, Donald Tramp administrasiyası Suriyada 2021-ci ildə keçiriləcək növbəti prezident seçkilərinə qədər Prezident Bəşər Əsədin hakimiyyətini qəbul etməyə hazırdır.
"Bu qərar hər dəfə Əsədin istefasının sülh yolu ilə nizamlanmanın əsas elementlərindən biri olmasının zəruriliyini vurğulayan ABŞ-ın geriyə addım atmasıdır", - nəşr vurğulayıb.
Məqalədə bildirilir ki, Moskvanın Bəşər Əsədi hava dəstəyi ilə təmin etməsi dönüş nöqtəsi olub və Suriya prezidentinin hakimiyyətini qorumasına imkan verib.
Jurnalın mənbələrinin məlumatına görə, ABŞ rəsmiləri həmçinin B.Əsədin 2021-ci ildə Suriyada keçiriləcək seçkiləri də bu və ya digər yolla qazanacağından və hakimiyyətdə qalacağından narahatdır. (virtualaz.org)
Digər xəbərlər
loading...