Ölkə iqtisadiyyatının dirçəlməsində əsas əngəllərdən biri məhz hazırda “Meyvəli”də məskunlaşan və Azərbaycan gömrüyündə monopoiyanın təminatçısı rolunda çıxış edən Əbülfəz Məlikovdur
Əbülfəz Məlikovun sayəsində hər il gömrük əməliyyatları zamanı büdcəyə daxil olmalı olan 5-7 milyard dollar ayrı-ayrı şəxslərin cibinə axıb. Ancaq gömrükdə baş verən korrupsiya haqqında məlumatı olan şəxs isə iddia edir ki, ekspertlər bu məsələyə çox liberal yanaşırlar. Əslində isə elə il olub ki, büdcədən yayındırılaraq mənimsənilən vəsait hətta 10 milyard dollardan da çox olub.
Uzun illərdir ki, iş adamlarının qorxunc kabusuna çevrilmiş Əbülfəz Məlikovla bağlı “Yenixeber.org” saytı yeni məlumatlar yayıb. Ölkə ictimaiyyətinin “monopoliya naziri”, “Broker Əbülfəz” kimi tanıdığı bu iş adamı ilə bağlı indiyədək də mediada silsilə yazılar yer alıb. Bu yazılarda onun “Broker” MMC, "Transbroker” MMC kimi qurumlarla uzun illər idxal-ixrac üzərində sərt monopoliya rejimi yaratmasından, sahibkarlara “qan uddurmasından” və müxtəlif mənimsəmə faktlarından bəhs olunur.
Sayt yazır ki, Əbülfəz Məlikovun monopoiyasının təmin olunması üçün bu şirkətlərdə 2012-2013-cü illərdə nə az-nə çox, 5 minə yaxın şəxs çalışıb. Onların başlıca vəzifəsi isə idxal-ixrac əməliyyatlarını tam nəzarətə almaq olub. Əbülfəz Məlikovun qurduğu bu sistem idxal-ixrac üzərində tam nəzarət yarada bilib də. Ekspertlərin iddiasına görə, məhz bu səbəbdən də hər il gömrük əməliyyatları zamanı büdcəyə daxil olmalı olan 5-7 milyard dollar ayrı-ayrı şəxslərin cibinə axıb.
Ancaq gömrükdə baş verən korrupsiya haqqında məlumatı olan şəxs isə iddia edir ki, ekspertlər bu məsələyə çox liberal yanaşırlar. Əslində isə elə il olub ki, büdcədən yayındırılaraq mənimsənilən vəsait hətta 10 milyard dollardan da çox olub. Bu qədər vəsaitin yığılmasını isə məhz Əbülfəz Məlikova həvalə edilib. Son on il ərzində onlar bu işin öhdəsindən layiqincə gələrək, göstərilən etimadı doğruldublar. Məlumatda həmçinin o da qeyd olunur ki, Əbülfəz Məlikov özü əslən Şamaxı rayonundan olsa da, onun işçilərinin böyük əksəriyyəti nehrəmlilər olub…
Neftin ucuzlaşması və məlum maliyyə-iqtisadi durum səbəbindən "broker”lərin nəzarət dairəsi də daralmaqdadır. Hal-hazırda inhisarda barmaqla sayılacaq qədər sahələr qalıb. Ancaq bu tendensiya “Broker Əbülfəz”in gəlirlərinin azalması anlamını doğurmamalıdır.
Bu istiqamətdə daxil olan məlumatlara görə, “Meyvəli” meyvə-tərəvəzlərin topdan və pərakəndə satış bazasının yarı hissəsi Əbülfəz Məlikovun nəzarəti altındadır. “Meyvəli” beynəlxalq avtomobil və dəmir yolu magistralının kəsişdiyi dairədə-Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Xocasən yolu 57 ünvanda yerləşir. Nizamnamə kapitalı 10 min manat olan, 2014-cü ilin aprelində təsis edilən “Meyvəli-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Xocasən yolu 57-dir. Eyni ilə bir il əvvəl, 2016-cı ilin fevralında yaradılan “Meyvəli Hacıqabul” MMC-i də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Xocasən yolu 57-də qeydiyyatdadır. Ümumi ərazisi 35 ha olan «Meyvəli» meyvə və tərəvəz məhsullarının saxlanması, satışı və tranziti üçün nəzərdə tutulmuşdur. 6 korpusdan ibarət 11 360 m2 sahəsi olan 22 720 ton tutumlu 112 satış anbarı; 3 korpusdan ibarət 12000 m2 sahəsi olan 24000 ton tutumlu 60 soyuducu saxlama ambarları, kənd təsərrüfatı məhsullarının yarmarka bazarı indi inhisarçılığın yeni mərhələsi sayıla bilər. Həm də bu bazarda yalnız idxal olunan kənd təsərrüfatı məhsullarının deyil, yerli istehsalın satışı üzərində də monopoliya yaradılıb. Monopoliyanın yeni ünvanına nəzarət isə Əbülfəz Məlikovun oğluna tapşırılıb…
Bütün bunlar Əbülfəz Məlikovun böyük biznes imperiyasının az-çox bilinən tərəfidir. Onun biznes gizlinləri ilə bağlı daxil olan məlumatlarda “HORSE HUSBANDRY” MMC-i ilə hansı əməliyyatlar həyata keçirdiyindən də bəhs olunur… 2011-ci ilin martında yaradılan bu şirkət üç şəxs tərəfindən təsis edilib ki, təsisçilərdən biri də Əblüfəz Məlikovdur. Onun digər ortaqları isə çox nüfuzlu ailələrin təmsilçilərdir… Bu şirkət və onun fəaliyyət istiqamətləri haqqındakı məlumatların şok doğuracağı şübhəsizdir.
“HORSE HUSBANDRY” MMC-I, eləcə də “RB Motive” MMC-i ilə bağlı isə araşdırmalarımız davam edir. Məhz bu şirkətlər "monopoliya naziri”nin biznesinin kökləri hesab oluna bilər… Yerin altında qalıb da, görünməyən ağac kökləri kimi.
Əbülfəz Məlikovla bağlı Türkiyə mediasının yazdıqları və oğlunun Gürcüstanda olan biznes fəaliyyəti də araşdıracağımız məlumatlar sırasındadır.
Bu və digər məlumatlarla bağlı qarşı tərəfi dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu.
Mənbə: “Yenixeber.org”
Digər xəbərlər
loading...