“Onların qələbə sevincini anlayıram. Lakin emosiyaları cilovlamaq gərəkdir. Bir az mədəni olsunlar, tərbiyəsizlik etməsinlər”
İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Joze Mourinyu belə deyib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərə premyer-liqasının ötən turunda "Mançester Yunayted" klubu doğma "Old Trafford" arenasında "Mançester Siti"ni qəbul edib. Mançester derbisində "şəhərlilər" 1:2 hesabla qalib gəliblər.
Matç başa çatandan sonra komandalar paltardəyişmə otaqlarına yollananda "Mançester Siti"nin braziliyalı qolkiperi Ederson Moraes "qırmızı şeytanlar"ın portuqal çalışdırıcısı Joze Mourinyu ilə toqquşub. Bu zaman qolkiper əlindəki butulkadakı suyu Mourinyunun başına töküb.
Digər oyunçu isə Mourinyonun başına süd töküb.
Bundan sonra iki komandanın oyunçularının arasında dava başlanıb.
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardyolanın köməkçisi Mikel Artetanın başı yarılıb.
Digər xəbərlər
loading...