Neftin qiyməti hər barel üçün 55 dollar nəzərdə tutulub
İran prezidenti Həsən Ruhani 2018-ci ilin dövlət büdcəsi layihəsini parlamentə təqdim edib.
APA-nın Tehran bürosunun məlumatına görə, büdcə layihəsində neftin qiyməti hər barel üçün 55 dollar nəzərdə tutulub.
H.Ruhani parlamentdə çıxışında 2018-ci ilin büdcəsini işsizliyin, yoxsulluğun aradan qaldırılması və ədalətin yaradılmasını təmin edəcək büdcə adlandırıb və seçki kampaniyası zamanı verdiyi vədlərini özündə əks etdirdiyini vurğulayıb. İran prezidenti bildirib ki, xalqın rifahını yaxşılaşdırmaq üçün ilk dəfə büdcədə sosial təminat sisteminin geniş formada tətbiqi əksini tapıb.
Ruhani gələn il neft gəlirlərinin 20 faiz deyil, 32 faizinin ehtiyat valyuta fonduna toplanacağını da nəzərə çatdırıb.
Qeyd edək ki, İranın 2018-ci il üçün dövlət büdcəsi layihəsində ötən ilin büdcəsi ilə müqayisədə cari xərcləri 8.9 faiz artırılması, tikinti layihələrinin büdcəsinin 15 faiz azaldılması, müştərək neft və qaz yataqlarına sərmayə üçün 4,5 milyard dollar ayrılması nəzərdə tutulub.
Digər xəbərlər
loading...