Mixail Saakaşvilinin tərəfdarları Kiyevdə impiçment haqqında qərarın qəbul olunması üçün mitinq keçirirlər
Axar.az xəbər verir ki, etirazçılar Kiyevin Taras Şevçenko parkından Maydana qədər yürüş keçiriblər.
Məlumata görə, yürüşə minlərlə insan qatılıb.
Hazırda mitinq davam edir. Etirazçılar Mixail Saakaşvilinin azad edilməsini, Prezident Pyotr Poroşenkonun istefa verməsini tələb edirlər.
***
Kiyevin mərkəzində Saakaşvli tərəfdarlarının mitinqi sona çatıb.
Mitinqin sonunda Saakaşvilinin müttəfiqi David Sakvarelidze bildirib ki, siyasətçi azad edilmədiyi təqdirdə onun tərəfdarları daha radikal addımlar atmağa məcbur olacaq.
Digər xəbərlər
loading...