Danışma və eşitmə qabiliyyəti olmayan insanlar üçün surdotərcümə ilə xəbərlərin verilməsi onların ölkədə və dünyada baş verən hadisələrdən bixəbər qalmamasına kömək edir
Hazırda bu sahə ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, zaman-zaman yerli və xarici telekanallarda surdotərcüməçilərin fəaliyyətinə rast gəlmişik.
Ümumiyyətlə, surdotərcüməçilər hansı proqramları tərcümə etməlidirlər?
Hazırda yerli kanallarda bu sahədə vəziyyət necədir?
Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev Modern.az-a açıqlamasında surdotərcüməçilərlə bağlı sualları cavablandırıb. Onun sözlərinə görə, bu sahədə görüləsi işlər hələ çoxdur.
Surdotərcüməçilər, xüsusilə, İctimai Televiziyanın səlahiyyətlərinə daxil olan sahədir. Orada subtitorlarlalal və karlar üçün bu cür məsələlər nəzərdətutulmalıdır. Bizim bəzi televiziya kanalları bu vəzifəniicra edirlər. Digər tərəfdən bu istiqamətdə hələ görüləsiişlər çoxdur”.
Qafar Cəbiyev fiziki qüsurlu insanlar üçün əsasən xəbərlər proqramının tərcümə olunmasını xüsusi vurğulayıb.
“Tez-tez sual edirlər ki, niyə görə bütün verilişlər subtitorlar tərəfindən tərcümə olunmur. Məsələn, musiqidən tərcüməyə ehtiyac yoxdur. Lal və karlar üçün daha çox xəbər informasiyası tərcümə olunmalıdır. Çünki bu sahə daha çox ehtiyac duyulansahədir. Ölkədə və dünyada baş verən hadisələrdən məlumatlı olmaları üçün önəmlidir”.
Digər xəbərlər
loading...