BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, Koreya yarımadasında vəziyyətin nəzarətdən çıxmaması üçün Şimali Koreya ilə dialoqun başlanması zəruridir
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, A.Quterreş bu barədə gələn həftə Yaponiyaya baş tutacaq səfəri ərəfəsində yapon KİV-lərinə müsahibəsi zamanı bəyan edib.
Baş katib ümid etdiyini bildirib ki, Şimali Koreya problemini həll etmək üçün Yaponiya ilə əməkdaşlıq möhkəmləndirilməlidir.
A.Quterreş BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltmanın bu günlərdə Şimali Koreyaya etdiyi səfərə də toxunub. O deyib ki, bu, son yeddi ildə BMT-nin yüksək səviyyəli rəsmisinin həmin ölkəyə ilk səfəridir. Səfər çərçivəsində C.Feltman Şimali Koreyanın xarici işlər naziri Ri Yon Xo ilə görüşüb.
Baş katib bəyan edib ki, BMT öz nümayəndəsini dialoqun başlanması və nüvəsizləşdirmə ilə bağlı şəraitin yaradılması məqsədilə Pxenyana göndərib.
Digər xəbərlər
loading...