Rusiyanın Federal Antiinhisar Xidməti Moskva küçələrinin abadlaşdırılması və işıqlandırılması layihəsi üzrə podratçılar arasında kartel sövdələşməsinin üstünü açıb
Virtualaz.org xəbər verir ki, bu barədə Xidmətin yaydığı press-relizdə deyilir.
Məlumata əsasən, “Perspektiv texnologiyaların inkişafı agentliyi” və “Orbita servis” (əvvəllər “Prime Servis” adlanıb) şirkətləri hər birinin maksimal dəyəri 626 milyon rubl olan (10.5 milyon dollar) dörd tenderdə işirak ediblər. Rəqiblər müsabiqədən çəkilib, məbləğ 615 milyon rubla endirilib və tenderlərin hamısını bu iki şirkət qazanıb. Federal Antiinhisar Xidməti bu məbləği “həddən artıq şişirdilmiş” hesab edir.
“Meduza” xəbər verir ki, söhbət Moskvanın Borovitski və “Taqanskiy ploşad” küçələrindəki binaların fasadının işıqlandırılmasına dair tenderlərdən, habelə Kaşirsk və Novorisjk küçələrinin Moskva Dairəvi Avtomobil Yolu ilə kəsişmələrinin işıqlandırılmasından gedir.
Məlumata əssən şirkətlər hərrac zamanı bir-biri ilə informasiya mübadiləsi ediblər, vahid informasiya-texniki infrastrukturdan istifadə ediblər və tenderlərdə iştiraka hazırlığı birgə aparıblar.
“Perspektiv texnologiyaların inkişafı agentliyi” şirkəti “Praymtelekom” şirkətinə bağlıdır. Bu şirkətin sahibləri isə Murad və Teymur Benyaminov qardaşlarıdır. Mənbələr bu iş adamlarının “Crocus Group” şirkətinin sahibi Araz Ağalarova yaxın olduğunu bildirirlər.
Benyaminovların şirkəti Moskva küçələrinin abadlaşdırılmasına dair 2015-ci ildən başlayan “Mənim küçəm” proqramı çərçivəsində keçirilən tenderlərin əksəriyyətini qazanıb. Sonuncu dəfə isə şirkət 3 milyard rubl həcmində dörd tenderin qalibi olub.
Murad Benyaminov Rusiyada 7 şirkətin təsisçidir, o, bir neçə il əvvəl rusiyalı oliqarx Qavrill Yuvaşevin qızı ilə evlənib. Qardaşı Teymur Benyaminovun adı 6 şirkətin təsisçisi, birinin baş direktoru qismində keçir.
Digər xəbərlər
loading...