Aşıq Telli Borçalının qardaşı, Azərbaycanın tanınmış aşıqlarından olan Tərmeyxan Qurbanov bacısıyla məclislərə getmədiyini bildirib
T.Qurbanov ölkə.Az-a açıqlamasında bunu səsgücləndirici olan məclislərdə iştirak etməməsiylə əlaqələndirib:
"Elə yerlər mənlik deyil, mənim öz karyeram var. Yalnız canlı saz və söz olan məclislərə gedirəm".
Qeyd edək ki, Telli Borçalı ötən gün aznews.az-a açıqlamasında bütün tədbirlərdə qardaşıyla bir yerdə iştirak etdiklərini söyləmişdi:
"Bütün tədbirlərdə bir yerdəyik. Qardaşım 2 deyil, 3 otaqlı evdə yaşayır. İnsan kirayə də qala bilər, ayıbdır məgər? Telli Allahın da, bəndələrinin də yanında təmizdir".
Qeyd edək ki, T.Borçalının bəzi həmkarlarının verdiyi məlumata görə, uzun müddətdir ki, onun qardaşı Tərmeyxan Qurbanovla münasibətləri soyuqdur.
Aşıq Tərmeyxan Qurbanovun Telli Borçalı haqda da bəhs etdiyi geniş müsahibəsini saytımızdan oxuya bilərsiniz.
MilliYol.Az
Digər xəbərlər
loading...