Bu gün Türkiyənin Mersin əyalətində “Akkuyu” AES-i layihəsinin işə salınması ilə bağlı təntənəli mərasim keçiriləcək
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, tədbirdə “Rosatom”un rəhbəri Aleksey Lixaçov və Türkiyənin energetika naziri Berat Albayrak iştirak edəcək.
Məlumata görə, söhbət enerji bloklarının inşasına dair hazırlıq işlərinin başlanmasından gedir.
Qeyd edək ki, prezident Vladimir Putin Rusiyanın “Akkuyu” AES-in tikintisinə 22 mlrd. dollar yatırılacağını bəyan etmişdir.
Ankara stansiyanı 2023-cü ildə işə salmaq niyyətindədir.
pia.az
Digər xəbərlər
loading...