Tarkan Almaniyanın "Bild" qəzetində haqqında çıxan xəbərə münasibət bildirib
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Almaniyada yaşamaq üçün müraciət edən Tarkanın Türkiyəni tərk edəcəyi deyilib.
Müğənni bununla bağlı açıqlama yayıb:
"Bild" qəzetində dekabrın 6-da yer alan xəbərdə Almaniyadakı oturmaq icazəmlə bağlı yalan xəbər yayımlanıb. Oturmaq müraciətim xəbərdə yazılanlarla əlaqədar deyil.
Ölkəmi tərk etmək haqda düşünmürəm. Almaniyada olan həyat yoldaşım Pınar Tevetoğluna görə ora tez-tez gedirik. Bir viza problemi taşamamaq üçün belə bir müraciət etdim.
Bu qədər dəqiq bir tələbimin başqa yerə yozulması, yalan bir məlumat verilməsi məni incitdi. Kimisə çətin vəziyətə qoymamaq, yalan hadisələrin yayılmasına imkan verməmək üçün hər kəsdən diqqətli olmasını tələb edirəm".
Digər xəbərlər
loading...