Bakıda modalar evindən birində gəlinlikləri qəsdən məhv edən şəxsin həbs edilməsindən sonra daha maraqlı faktların üstü açılıb. Məlum olub ki, gəlinliklərin məhv edilməsini sifariş verən qadın özü də biznes-ledidir.
Hadisə iyunun 26-da Bakı şəhər sakini Sevinc Qurbanovaya məxsus gəlinlik paltarları satışı mağazasında baş verib. Naməlum şəxs mağazaya daxil olaraq yağ və benzinlə qarışmış məhlulu gəlinliklərin üzərinə tökərək mağazanın sahibinə 100 min manata yaxın ziyan vurub. Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşları əmlakı qəsdən məhv etmiş Xalıq Həşimzadəni tutublar.
O, ilkin ifadəsində gəlinlikləri məhv etmək sifarişini Bakı şəhər sakini Leyla Ağayevadan aldığını deyib. Artıq polis L.Ağayevanı da həbs edib.
Mağazanın sahibi S.Qurbanova criminal.az-a deyib ki, L.Ağayeva Bakıda başqa gəlinlik paltarlarının satışı ilə məşğul olur. O, cinayətin icra edilməsi üçün X.Həşimzadəyə 400 manat vəd edib. İlk olaraq 100 manat beh verib, 300 manatı isə işi başa çatdırandan sonra ödəyəcəyinə söz verib.
S.Qurbanovanın sözlərinə görə, L.Ağayevanın ona qarşı əməli xainlikdən başqa bir şey deyil. Bu hadisə ilə məni batırmaq istəyirdilər. Biznesimi 3 saniyəyə qurmamışam ki, anidən məhv edilsin. Səkkiz ilə biznesimi qurmuşam. Onu bir anda məhv etmək istəyirdilər.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...