Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın iclası keçirilib
Fonddan virtualaz.org-a verilən məlumata görə, tədbirdə vətəndaş cəmiyyəti, hasilat şirkətlərinin və beynəlxalq təşkilatların nümayəndələri də iştirak ediblər.
İclas iştirakçıları 2016-cı il üzrə İcmal hesabatın layihəsi, HSŞ Komissiyasının 2018-ci il üzrə İş Planı və HSŞ-nin dövlət qurumlarının gündəlik işinə inteqrasiyası (EIT Mainstreaming) ətrafında müzakirələr aparıblar. Sonda müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, bu gün ARDNF-də Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların, ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin, media nümayəndələrinin iştirakı ilə “Moore Stephens Azerbaijan” auditor şirkəti tərəfindən HSŞ üzrə 2016-cı ili əhatə edən ümumiləşdirilmiş hesabat təqdim edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...