Azərbaycan vətəndaşı Türkiyədən Gürcüstana 2,5 kq qızıl keçirmək istəyərkən Sarpi Gömrük-Buraxılış Məntəqəsində (Gürcüstan-Türkiyə sərhədində) saxlanılıb
“Report” xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin İstintaq xidməti məlumat yayıb.
Qızıl bəyannamədə göstərilməyib və avtomobildə gizlədilib. Qaçaqmal kimi saxlanılan qızılın dəyəri 62 min dollardır.
Hadisə ilə bağlı cinayət işi açılıb. Əgər ittihamlar sübut olunarsa, Azərbaycan vətəndaşı 5-7 il müddətinə azadlıqdan məhrum edilə bilər.
MilliYol.Az
Digər xəbərlər
loading...