Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezienti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili ilə bağlı məsələyə müdaxilə etməyəcəyini deyib
MilliYol.Az APA-ya istinadən verdiyi xəbərə görə, P. Poroşenko Litva prezidenti ilə görüşdən sonra keçirdiyi brifinqdə jurnalistlərə açıqlamasında deyib ki, bu məsələyə heç vaxt maraq göstərməyib:
“Bu işə qarışan deyiləm. Heç vaxt maraq göstərməmişəm, göstərməyəcəyəm də. Biz obyektiv, ədalətli, qərəzsiz istintaq aparıb, o cür də məhkəmə təmin etməliyik. Bunu mən edə bilərəm və zəmanət də verirəm”.
Qeyd edək ki, M. Saakaşvili Ukraynada dövlət çevrilişinə cəhddə ittiham olunur.
MilliYol.Az
Digər xəbərlər
loading...