Amerikanın İrana qarşı yönəlmiş embarqo yasağını pozduğu iddiası ilə Nyu Yorkda ittiham olunan, daha sonra isə etirafçı statusunda ifadə verən iranlı iş adamı Rza Zərrabın türmədə kamera yoldaşına təcavüz etdiyi iddia edildi
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zərrabı təcavüzdə suçlayan şəxs isə narkotik qaçaqçılığında ittiham olunan Fouzi Jaber adlı məhkum olub.
New York Times (NYT) qəzetinin məhkəmə ilə bağlı yenilikləri izləyən müxbiri Benjamin Veiserin xəbərinə görə, Manhettendəki həbsxanada eyni kamerada qalan bir məhkum Zərrab tərəfindən cinsi istismar və təcavüzə uğradığını iddia edərək, şikayətçi olub.
Bir gün öncə, axşam saatlarında açılan cinayət işində qeyd olunub ki, sözügedən təcavüz faktları 2016-cı ilin noyabr-2017-ci ilin mart aylarında baş verib. İddianaməyə görə, şikayətçi olan məhbus Fouzi Jaber 62 yaşında və Kot d`İvuar vətəndaşıdır. Keçən il Çexiyada yaxalanaraq ABŞ-a deportasiya edilib. Bir terror qrupuna dəstək verməkdə ittiham olunur və cinayətini etiraf edib, haqqında veriləcək qərarı gözləyir. Amerika mətbuatına görə, əslən Liviyadan olan bu şəxs Kolumbiya Silahlı İnqilabçı Güclərinə silah və narkotik maddə təmin etmə ittihamları ilə yaxalanmışdı.
Reza Zarrab, a key witness in a sanctions-evasion case, in December 2013.
Jaberin sözügedən təşkilatın üzvü qiyafəsinə girən Amerikan Federal Narkotik Dairəsi (DEA) işçiləri ilə bir neçə dəfə görüşdüyü və bu səbəblə yaxalandığı qeyd olunur. İddiaya görə, Jaber həmin dönəmdə ‘Əlahəzrət” kod adından istifadə edirdi. Belə ki, həmin ərəfədə Jaber, bu şəxsləri narkotik və silah qaçaqçıları ilə tanış edib. Təmsil etdiyi təşkilatın silah almasına, Afrikada narkotik qaçaqçılığı etməsinə və pul yumasına yardım sözü verib.
Hücre arkadaşı Zarrabı suçladı
Jaber, ABŞ-ın yaxalanması və deportasiya edilməsi tələbinə əsasən 2014-cü ilin aprel ayında Çexiyada yaxalanıb. 25 iyul 2017-ci ildə isə ABŞ-ın bir terror təşkilatı olaraq tanıdığı FARC’a yardım etmə ittihamını Nyu Yorkdakı bir məhkəmədə qəbul edib.
Liviya mətbuatında isə Jaberin keçmişdə bir adam qaçırma hadisəsinə dair xəbərlər mövcuddur. Jaberin və digər iş birlikçi dostları Çexiyadakı həbsxanada qaldığı müddət ərzində Liviyada 5 Çexiya vətəndaşı qaçırılıb. Mediada isə həbsdəki liviyalılar və Çexiya vətəndaşları ilə bağlı “məhkum mübadiləsi” təcrübəsinin həyata keçiriləcəyi yazılırdı.
***
İddianamədə qeyd olunub ki, dövlətin təmin etdiyi bir vəkil tərəfindən müdafiə olunan F.Jaber adlı məhkum üçün R.Zərrab özəl vəkil tutmaq və Afrikada yaşayan ailəsinə pul göndərmək təklifi edib. İddia ərizəsində qeyd olunub ki, məhkum 8 martda (beynəlxalq qadınlar günündə) növbəti dəfə R.Zərrab tərəfindən təcavüzə məruz qalıb. Bu zaman qışqırmağa başlayan məhkumla yanaşı digər məhkumlar da türmə rəhbərliyinə şikayət ediblər. İstintaq materialında qeyd olunub ki, məhkum “daha gənc və daha güclü adam qarşısında” çarəsiz qalıb və “müqavimət göstərə bilməyib”.
Şikayətçi F.Jaber eyni zamanda deyib ki, həmin ərəfədə çox qorxurmuş və utandığım üçün şikayətçi olmayıb. Vəkili Aleksey Şaxt isə deyib ki, türmə rəhbərliyi bununla bağlı araşdırma aparsa da, heç bir dəlil tapmayıb.
Şaxt müvəkkilinin dediklərinin doğru olduğunu vurğulayıb: “Həbsxanada olmaq onsuz da pis bir təcrübədir. Bu hadisə isə onun təcrübəsini daha qorxunc bir hala gətirib”.
Zərrabın vəkillərindən olan Robert J. Anello isə iddiaların etibarsız bir qaynaq tərəfindən irəli sürüldüyünü, bu səbəbdən də yalan olduğunu vurğuladı.
MilliYol.Az
Digər xəbərlər
loading...