Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili dekabrın 10-da “İmpiçment üçün marş”da iştirak edəcəyinə dair söz verib
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb.
“Çərşənbə axşamı baş verənlər məndən yan keçməyib. Dünən səsim batmışdı, bu gün isə hərarətim qalxıb. Amma söz verirəm ki, 10.12 Marşına qədər sırada olacağam”, – M.Saakaşvili yazıb.
Xatırladaq ki, M.Saakaşvili əvvəlcə axtarışa verilib, Baş Prokurorluq onu könüllü qaydada müstəntiqlərin yanına gəlməyə çağırır. Siyasətçi üç maddə – qabaqcadan əlbir olan bir qrup şəxs və ya cinayətkar təşkilat tərəfindən törədilmiş cinayət cəhdi; cinayətkar təşkilatların iştirakçılarına yardım və onların cinayətkar fəaliyyətinin gizlədilməsi üzrə şübhəli bilinir.
MilliYol.Az
Digər xəbərlər
loading...