ABŞ-ın keçmiş prezidenti Barak Obama Amerikada demokratiyanın kövrək hala gəlməsi və millətçiliyin gülənməsi barədə xəbərdarlıqla çıxış edib
APA-nın məlumatına görə, bu barədə “Crain’s Chicago Bussiness” yazıb. B. Obama ölkədəki durumu 1930-cu illərin Almaniyas ilə müqayisə edib: “Həmin vaxt Veymar Respublikasında demokratiyaya, çoxəsrlik mədəni və elmi nailiyyətlərə baxmayaraq, Adolf Hitler ortaya çıxdı. Üçüncü Reyxin dövründə Almaniyada 60 milyon adam öldü. Buna diqqət etmək lazıdır”.
Qeyd edək ki, ABŞ-da sabiq prezidentlərin mövcud prezidenti tənqid etməsi nadir haldır. Lakin Tramp gəldikdən sonra bu ənənə pozulub. Həm Barak Obama, həm də kiçik Corc Buş ad çəkmədən Trampı tənqid etməyə başlayıblar. Digər sabiq prezident – Bill Klintonun da ölkədəki durumdan narazı olması məlumdur.
MilliYol.Az
Digər xəbərlər
loading...