“Habertürk”ün köşə yazarı Esin Övet son zamanlar adı bir çox qalmaqalda hallanan, hazırda ABŞ-da mühakimə olunan cənubi azərbaycanlı iş adamı Rza Zərrab, onun həyat yoldaşı Ebru Gündeş və keçmiş sevgilisi Günel Zeynalova ilə bağlı yazı hazırlayıb
Axşam.az xəbər verir ki, yazar “İki qadın, bir adam” yazısında bu məsələlərə toxunub:
“Hamı indi Güneldən, Rza Zərrabdan və Ebru Gündeşdən danışır. Hamı Günelin yaddaşlardan silinən hadisələrini xatırlamağa çalışır. Azərbaycanlı Günel... Balaca, ancaq gözəl səsi olan Günel... İbrahim Tatlısəsin kəşflərindən... Hətta “İmperator”un yanında çox mahnılar oxudu. “Oy, nidem, oy Didem Didem Didem. Sənsiz başım alam nerelərə gidem” deyə-deyə klipində Burcu Esmersoyu çəkdirdi.
Günel hələ balaca idi, Türkiyədə tanınırdı və illər onu böyütdü. Və bir sevgilisi oldu. Sevgilisinin adı da Rza Zərrab idi. İstedadlı idi, hətta Sibel Can, İbrahim Tatlısəsə bəstələrini verirdi. Günel həm sevgilisinə dəstək olmaq, həm də onu məşhur etmək üçün bir çox sənətçi ilə tanış edirdi. Sonuncu dəfə Ebru Gündeşin qapısını döydü. Hətta Günel istedadlı sevgilisi Rza Zərrabı Ebru Gündeşlə eyni səhnəyə çıxan zaman kulisdə tanış etdi. Ondan sonrası məlumdur. Ara-sıra Günel ortaya çıxıb “8 illik sevgimiz var. Ebru Gündeş əlimdən aldı. Amma Zərrab hələ də mənə aşiqdir” desə də, keçmiş olsun. Cütlük evləndi, qızları da dünyaya gəldi. İndi isə bütün dünya Rza Zərrabla Ebru Gündeşdən danışır.
Ebru Gündeş Rza Zərraba yol aça biləcək şöhrətə sahib idi. Ona görə, Rza bu sürətli yolu seçdi.
Təsəvvür edin, Ebru Gündeş yaşadığı bu qədər hadisədən zədələnmir. Bütün dünya bundan danışsa da, o, 2018-ci ilin Yeni il gecəsi üçün 1 milyonluq müqavilə imzalayır. Günel nə edir? Klassik həyat tərzinə davam edir. Əvvəlki şan-şöhrəti indi olmasa da, Rza Zərrabla bağlı nəsə olan kimi gündəmə gəlir”.
MilliYol.Az
Digər xəbərlər
loading...