Göyçayın Kürd kəndində yaşayış evində qaz sızması səbəbindən partlayış olub
“ARB TV”dən virtualaz.org-a verilən məlumata görə, hadisə zamanı 51 yaşlı Məhəmməd Zərbəliyev və həyat yoldaşı 42 yaşlı Yeganə Zərbəliyeva ağır yanıq xəsarətləri alıblar.
Zərərçəkənlər Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Qadının vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə FHN-in Dövlət Yanğına Nəzarət Xidmətinin və Göyçay rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.
Hadisənin başvermə səbəbi araşdırılır.
Digər xəbərlər
loading...