Bu il Rusiyanın Ehtiyat Fondu tam tükənəcək
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Maliyyə naziri Anton Siluanov söyləyib. Onun sözlərinə görə, bu il Rusiyanın Milli Rifah Fondundan 662 milyard rubl xərclənəcək:
“Gələn il yanvarın 1-də Milli Rifah Fondu 3,7 trilyon rubl olacaq. Bu isə ümumdaxili məhsulun 4%-ni təşkil edir”.
Qeyd edək ki, noyabrın 1-də Rusiyanın Ehtiyat Fondu 975,5 milyard rubl (16,9 milyard dollar), Milli Rifah Fondu isə 4,014 trilyon rubl (69,36 milyard dollar) təşkil edib.
Bu ilin iyulunda Rusiya Duması hər iki fondun birləşməsi haqqında qərar qəbul edib. Fondların birləşməsi gələn il fevralın 1-də başa çatmalıdır.
Digər xəbərlər
loading...