«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Suriya hökuməti hesab edir ki, Qüdsün (Yerusəlim) taleyini tarix müəyyən edəcək, bir ölkənin prezidenti yox
Bu barədə Suriya Prezidenti Bəşər Əsədin administrasiyasının yaydığı bəyanatda söhbət açılır. Bəyanat administrasiyanın «Tvitter»dəki rəsmi səhifəsində, ABŞ Prezidenti Donald Tramp Qüdslə bağlı qərarını elan etdikdən dərhal sonra dərc olunub.
Əsəd administrasiyasının bəyanatında deyilir ki, bütöv ərəb milləti paytaxtı Qüds olmaqla, öz dövlətini qurana qədər Fələstin xalqının haqq işini dəstəkləyəcək.
«Yerusəlimin (Qüds – red.) gələcəyi bir dövlət və ya prezident tərəfindən həll olunmaz – o, tarix tərəfindən, Fələstin işinin iradəsi və qərarlılığı əsasında müəyyən olunacaq. Bu istək, paytaxtı Yerusəlim olmaqla, Fələstin dövləti qurulana qədər ərəb millətinin yaddaşında yaşayacaq» – bəyanatda deyilir.
Çərşənbə günü Tramp Ağ evdə bəyan edib ki, Yerusəlimin yəhudi dövlətinin paytaxtı kimi tanınması vaxtı yetişib. O, eyni vaxtda Dövlət Departamentinə ABŞ səfirliyinin Təl-Əvivdən Yerusəlimə köçürülməsi göstərişini verib.
Yerusəlimin statusu – Fələstin-İsrail münaqişəsində açar problemlərdən biridir. İsrail bu şəhərin şərq hissəsini 1967-ci ildə zəbt edib. Yəhudilər israr edirlər ki, Yerusəlim İsrailin «vahid və bölünməz» paytaxtıdır. Fələstinlilər isə şəhərin şərq hissəsinin Fələstin dövlətinin paytaxtı olmasında qərarlıdırlar. Maraqlıdır ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin-İsrail münaqişəsinə yönəlik sənədlərində (bölgədə İsrail və Fələstin dövlətlərinin yaradılması barədə təşkilatın qətnaməsində də) göstərilir ki, Yerusəlim (Qüds) yaranacaq hər iki dövlətin paytaxtı olmalıdır (yəni şəhər iki hissəyə bölünməlidir).
Beləliklə, İsrail və ABŞ Qüds məsələsində öz fəadiyyətləri ilə BMT sənədlərinin tələblərini pozmuş olublar. ABŞ Prezidenti Donald Tramp isə öz qərarı ilə lənətə gəlmiş Balfurun yolu ilə gedərək, bölgədə yeni bir münaqişənin təməlini qoymuş oldu. Məlumdur ki, Böyük Britaniyanın xarici işlər naziri Balfur təxminən, 100 il bundan əvvəl tarixə «Balfur bəyannaməsi» adı ilə düşmüş bir vərəq kağızla ərəb-yəhudi (Fələstin-İsrail) münaqişəsinin əsasını qoyub…
Bir neçə ay bundan əvvəl Tramp «çetesi»nin Yaxın Şərq səfərinin məqsədi indi aydın olur. O zaman Səudiyyə kralı Salman hətta Trampın qızına 100 milyon dollar bağışlamışdı.
Trampın yəhudi kürəkəni də öz növbəsində, ötən dövr ərzində bir neçə dəfə Yaxın Şərqə rəsmi və qeyri-rəsmi səfərlər etmişdi. Bu «gəzinti»nin gerçək məqsədi indi üzə çıxır…
Beləliklə, növbəti dəfə təsdiqləndi ki, İsrailin sabiq Baş naziri Ariyel Şaronun dediyi kimi, ABŞ adlı dövləti məhz yəhudilər idarə edirlər…
MilliYol.Az
Digər xəbərlər
loading...