ABŞ prezidenti Donald Tramp Qüds qərarı ilə nəyi hədəfə alır?
Xəbər verdiyimiz kimi, Donald Tramp dünən Qüdsü İsrailin paytaxtı kimi tanıdı.
ABŞ-ın “Brookings” İnstitutunun1 dekabrda yayımladığı anketin nəticələrinə görə, amerikanların 63%-i Trampın Qüds qərarının əleyhinədir. Görəsən, niyə ABŞ prezidenti daxildən və xaricdən təzyiqlərə fikir vermədən öz qərarında qətiyyətlə dayandı?
1. Tramp “icraçı prezident” olduğunu təsdiqləməyə çalışır: ABŞ Konqresi səfirliyin Qüdsə köçürülməsi qərarını 1995-ci ildə vermişdi, ancaq heç bir prezidentin bu qərarı icra etməyə cəsarəti çatmamışdı. Məlum olduğu kimi, Tramp hakimiyyətə gəldiyi dövrdən funksiyasızlığı ilə tənqid olunur, buna görə də 22 illik bir qərarı həyata keçirtməklə tarixə düşmək istəyir.
2. Tramp respublikaçılar üçün şou yaradır: 1 dekabrda yayımlanan anketdə demokratların əksəriyyətinin bu qərarın əleyhinə olduğu görünür. Respublikaçılar arasında isə fikirayrılığı var. Tramp yəhudi lobbisi ilə respublikaçılar arasındakı sosial dayağını artırmağa çalışır.
3. Sülhə nail olmaq üçün Fələstinə güc nümayiş etdirir: bu iddia daha çox teorem xarakteri daşıyır. Tramp İsrail-Fələstin münaqişəsini həll edən prezident olmaq üçün danışıqlar masasında Fələstinə təzyiqlərini artırır.
4. Tramp ya məlumatsızdır, ya da səhv yönləndirilir: o, səfirliyi Qüdsə köçürtməyin hansı nəticələr doğuracağından xəbərsizdir.(yenicag.az)
MilliYol.Az
Digər xəbərlər
loading...