Türmə nəzarətçisinə verilən 45 min dollar, narkotikdən istifadə və azadlığa çıxmaq üçün danışılan yalanlar
Nyu-Yorkda həbsdə olan Türkiyənin Xalq Bankının keçmiş müdir köməkçisi Mehmet Hakan Atillanın ittiham olunacağı məhkəmədə şahidlik edən Rza Zərrabın durumunda dəyişiklik ola bilər. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, prokurorluqla iş birliyinə görə fiziki bir təhlükə olarsa, R.Zərrabı “Şahidi Qoruma Proqramı” çərçivəsində “özü, ailəsi və sevdiklərinə yeni pasport verilə biləcəyi və başqa bir yerə köçə biləcəkləri ortaya çıxıb. Bəs dünənki prosesdə R.Zərrabın ”çarpaz sorğusunda" nələr yaşandı? Detallara nəzər salaq.
R.Zərrab şəxsinə qarşı yönləndirilən 7 ittihamı da qəbul edərək şahidlik etməyi qəbul edib. Onun prokurorluqla etdiyi iş birliyi anlaşmasının detalları isə məhkəmə sənədlərində yer alıb. Zərrabın cinayətlərinin və bu cinayətlər üçün istənilən həbs cəzalarının bir-bir sıralandığı anlaşmada Zərrabın cinayətlərinə qarşılıq 130 il həbs cəzası verilməli idi.
Anlaşmaya bağlı qaldığı halda ifadəsindəki heç bir məlumat Zərraba qarşı istifadə olunmayacaq. Məhkəmə tərəfindən müəyyən edilən zərəri yenə məhkəmənin müəyyən etdiyi plan əsasında ödəyəcəyi qeyd olunan anlaşmada Zərrab yol verdiyi cunayətlərdən əldə etdiyi bütün gəlir və mal varlıqları üzərindəki haqqını da itirəcək.
Anlaşmada həmçinin qeyd olunub ki, Zərrab özünün və başqalarının qanunsuz əməllərini tamamını dürüst bir şəkildə açıqlayacaq, FBİ və digər bütün qurumlarla iş birliyinə girəcək və iştirakı tələb olunan bütün iclaslarda hazır olacaq. Bundan başqa, R.Zərrab ondan tələb edilən bütün sənəd, qeyd və dəlilləri də prokurorluqla paylaşacaq. Həbsdəki iş adamı jüri üzvləri qarşısında düzgün ifadə verəcəyi və bundan sonra heç bir şəkildə cinayətə yol verməyəcəyini qeyd edərək, işbirliyi anlaşmasına bağlı qaldığı təqdirdə ifadəsindəki heç bir məlumatın ona qarşı istifadə olunmayacağı vədini də aldı.
Anlaşmada “Zərrabın prokurorluqla bağladığı dürüst işbirliyinə görə özü, ailəsi və sevdiklərinə şiddət, güc və təhdid tətbiq oluna bilər. İş birliyinə görə, fiziki bir zərər, təhlükə ehtimalı qüvvəyə minərsə, Zərrabın yazılı tələbi əsasında özünün, ailəsinin və sevdiklərinin təhlükəsizliyini təmin etmək üçün məqbul və lazımi addımlar atılacaq. Bu addımlar ”Şahid Qoruma Proqramı"nın tərkib hissəsinə daxildir. Təsdiqləndiyi halda Zərrabın ailəsi və sevdiklərinə yeni pasport, şəxsiyyət vəsiqələri verilə, başqa bir yerə yerləşdirilə bilərlər.
Prokurorluq Zərraba nə qədər cəza alacağı ilə bağlı hər hansı söz verməyib və cəzası məhkəmə tərəfindən müəyyən ediləcək. Bu da anlaşmada öz əksini tapıb. Iran əsilli iş adamı anlaşmanın şərtlərini yerinə yetirərsə, prokurorluğun cəza endirimi üçün məhkəməyə “5K1.1" adlanan bir məktub təqdim edəcək. Zərrab yanlış və ya əksik ifadə verərsə, anlaşma şərtlərini pozarsa təkrar ittiham olunacaq. ABŞ vətəndaşı olmadığı üçün onun deportasiya edilmə ehtimalı da anlaşmada öz əksini tapıb.
Zərrabın çarpaz sorğusunu indiyə qədər Atillanın vəkillərindən olan Keti Fleminq aparıb.
Fleminqin sualları “Zərrabın ABŞ yetkililəri ilə iş birliyi müddəti ”, “Hakan Atilla ilə Zərrab arasındakı münasibət” və “Zərrabın payladığını açıqladığı rüşvətlər” başlığı altında qruplaşdırılıb.
Fleminq çarpaz sorğu zamanı Zərraba həm Atilla ilə münasibətlərinə yönəlik, həm də keçmişdə və ABŞ-da türmədə olduğu zaman etdikləri ilə bağlı suallar yönəldib. Zərrab Atilla ilə aralarında heç bir zaman rüşvət münasibəti olmadığını və hətta telefonunda onun nömrəsinin belə olmadığını söyləyib.
Zərrab Atilla ilə bir-birlərindən xoşları gəlmədiyini deyərək, Atilladan “təkərə çomaq soxduğu” üçün Xalq Bankın həmin vaxtkı rəhbəri Süleyman Aslana şikayət etdiyini də vurğulayıb.
Fleminq, Zərraba keçmişdəki bəzi davranışları və rüşvət verdiyi iddiaları ilə bağlı suallar da ünvanlayıb. Bu sualların məqsədi isə Zərrabı etibarsızlaşdıraraq, jüri üzvlərinin gözündə dediyi sözlərin və verdiyi ifadələrin inandırıcılığını azaltmaqdan ibarət olub.
Fleminq eyni zamanda ondan prokurorluğun istəyi ilə istintaqla əlaqəsi ola biləcək şəxslərə tələ qurub-qurmadığını soruşub. Zərrab isə bunu rədd edib, ancaq anlaşma çərçivəsində “belə bir tələb gələrsə, onu yerinə yetirmək məcburiyyətində olduğunu” deyib.
Fleminq Zərrabın məhkəmədəki ifadəsi ilə FBİ-a(Federal Təhlükəsizlik Bürosu) verdiyi ifadənin bir-birindən fərqli olduğuna diqqət çəkib.
Zərrab çarpaz sorğu-sualda Fleminqin suallarına da qaçaraq və qeyri-dəqiq cavablar verib. Buna görə də Fleminq, Zərrabdan suallarına “bəli” və ya “xeyr” kimi cavablar verməsini istəyib. Fleminqin “İş birliyi anlaşmana görə, məhkəmə prosesləri yekunlaşandan sonra girov qarşılığında azadlığa çıxa biləcəyin düzdürmü?” sualına Zərrab “Bu variantım hər zaman var” deyə cavab verib. Zərrab eyni zamanda 26 noyabrda işbirliyi anlaşması imzalayandan sonra prokurorlarla ən azı 35 dəfə görüşməsi ilə bağlı sualı da qeyri dəqiq-cavablandırıb: “Sayını bilmirəm, amma çox görüşmüşəm”.
İrana yaşam tərzinə görə getmək istəmədiyini deyən Zərrab edam cəzasına məhkum edilən Babək Zəncaninin hesabına isə digər iranlılar kimi pul göndərdiyini, ancaq ortaq olmadıqlarını vurğulayıb. Zəncaninin Qanadan özəl təyyarə ilə gələn 1.5 ton qızılı şirkətinə satmaq üzrə göndərdiyini təsdiqləyən Zərrab İranla bağlı narahatçılığının isə Zəncani ilə bağlı olmadığını vurğulayıb. Zərrab çarpaz sorğu-sualda “Atilla bəyin məndən heç bir şəkildə rüşvət istəmədiyi düzdür. Məndən heç bir şəkildə bir pul tələbi olmayıb” deyib. O, eyni zamanda “Atilla işimizə daş qoydu” şəkilndəki ifadəsinin də doğru olduğunu vurğulayıb.
Flemminq Zərrabın türmədə sintetik narkotik çəkərkən yaxalandığını da deyib. Buna cavab olaraq Zərrab “Bunun cinayət olub-olmadığını bilmirəm. Türmədə yasaq ola bilər” dedi. Zərrab ABŞ həbsxanasında saxlanarkən bir nəzarətçiyə 45 min dollar rüşvət verdiyini, pulun türk vəkillər tərəfindən çatdırıldığını açıqlayıb. Zərrabın nəzarətçinin telefonu vasitəsilə qızı ilə görüntülü danışdığını, vəkilləri ilə ünsiyyət qurduğunu deyib. Bundan başqa, Zərraba spirtli içki və soyuqdəymə dərmanı da gətirilib.
Zərrab cinayət işinə mövzu olan cinayətlərdən qazandığı pulla bağlı suala isə “100 milyon dollar da ola bilər, 150 milyon dollar da” qeyri-dəqiq cavab verib. Etiraf anlaşması çərçivəsində prokurorluq Zərrabın başqaları üçün əxlaqsız qadın təmin etmə cinayətinin üstündən keçdi.
“Həbsdən çıxmaq üçün yalan danışmağa hazıram”
R.Zərrabın bundan əvvəlki məhkəmə prosesində hakim Bermana məktub verən H.Atillanın vəkilləri Zərrabın Əhəd adlı bir nəfərə “Həbsdən çıxmaq üçün yalan danışmağa hazıram” dediyini çatdırmışdı. Müdafiə vəkilləri tərəfindən yazılan məktubda “Zərrab daha az cəza almaq üçün bir ifadə uydurmaq məsələsində olduqca istəklidir” sözləri qeyd olunmuşdu.
15 sentyabr 2016-cı ildə Zərrab isə Əhəd adlı bir şəxsin telefon söhbətindən bəhs edilən məktubsa ciddi əhəmiyyət daşıyır. Onun məhkəmə prosesinin istiqamətini dəyişdirə biləcəyi ehtimalları olduqca yüksəkdir. Dünənki məhkəmə prosesinin açılışında çıxış edən hakim Riçard Berman isə həbsdəki səs yazılarının yayılacağını açıqlayıb. Bu səs yazıları Zərrabın nə dərəcədə etibarlı olmasının ölçülməsi üçün istifadə olunacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...