“İslam dünyası Qüdsün sionist rejimin paytaxtı olması planı qarşısında duracaq”
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın ali lideri ayətullah Əli Xamenei bu gün hökumət nümayəndələri, 31-ci İslami Vəhdət Konfransında iştirak edən xarici qonaqlar, müsəlman ölkələrinin səfirləri və ictimaiyyət təmsilçiləri ilə görüşündə çıxışı zamanı deyib.
Ayətullah Xamenei bildirib ki, islam düşmənlərinin Qüdsü sionist rejimin paytaxtı elan etməsi onların acizliyi və gücsüzlüyünün göstəricisidir: “İslam dünyası heç şübhəsiz, bu çirkli planın qarşısında duracaq və sionistlər daha böyük zərbə görəcək. Əziz Fələstin heç şübhəsiz, sonda azad olunacaq”.
Ali lider bəzi region hökumətlərini ABŞ-ın istəyinə boyun əyməkdə günahlandırıb və bundan təəssüflənib. O qeyd edib ki, İranın digər müsəlman ölkələri ilə ixtilafda heç bir marağı yoxdur: “Necə ki, İran öz daxilində vəhdət və qardaşlıq atmosferi yaradıb, islam dünyasında da vəhdət və birliyin olmasında maraqlıdır. Bəzi cahillərin sözlərinə cavab vermək istəmirik, lakin onlara nəsihət edirik ki, dünya zülmünə xidmət etmək onların ziyanınadır. “Quran” buyurub ki, zalimlərlə bir olmağın sonu məhv olmaqdır”.
Ayətullah Xamenei qeyd edib ki, Amerika, sionist rejim, mürtəce qüvvələr və böyük güclərdən asılı olanlar bugünkü dünyanın fironlarıdır: “Onlar islam ümməti arasında ixtilaf və müharibə yaratmaq, qanlı hadisələr törətməklə islam dünyasının inkişafının qarşını almaq istəyirlər”.
Digər xəbərlər
loading...