Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov yeni təyin olunmuş vergilər naziri Mikayıl Cabbarovu nazirliyin kollektivinə təqdim edib
Natiq Əmirov yeni nazirin təyin olunması haqqında Prezidentin sərəncamını oxuyub, ona işlərində uğurlar arzulayıb.
Vergi sektorunun ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını qeyd edərək, bu sahənin müasir çağırışlara uyğun şəkildə inkişafı ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədləri diqqətə çatdırıb, məsləhət və tövsiyələrini verib. Yeni təyin olunmuş vergilər naziri Mikayıl Cabbarov çıxış edərək ölkə başçısının ona göstərdiyi yüksək etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyev dünən vergilər naziri Fazil Məmmədovu vəzifəsindən azad edib və onun yerinə təhsil naziri Mikayıl Cabbarovu təyin edib. (unikal.org)
MilliYol.Az
Digər xəbərlər
loading...