Alimpaşa Məmmədov və Xaləddin İsgəndərov sərəncamdan sonra stress keçiriblər. Bu barədə veteninfo.az saytı xəbər verib.
Sayt yazır ki, öıkə prezidneti İlham Əliyevin sərəncamı ilə Fazil Məmmədov Vergilər naziri vəzivəsində alındıqdan sonra, sabiq nazirin kurasiyasında olan icra başçılarının canına vəlvələ düşüb. Məlumata görə Fazil Məmmədovun hesabına icra başçısı olan Şəmkir rayon İcra Hakimiyyətinin başçısı, xalq arasında “Polad Ələmdar” ləqəbi qazanmış Alimpaşa Məmmədov və Binəqədi rayon İcra Hkimiyyətinin başçısı Xaləddin İsgəndərov ölkə prezidnetinin sərəncamının ardından ciddi məyus olublar. Veteninfo.az saytı yazır ki, hər iki rayonun icra başçısları ilə bağlı da yaxın günlərdə ölçü götürüləcək.
Sayt yaydığı məlumatda onu da qeyd edir ki, Xaləddin İsgəndərov Binəqədidə insan təlafatı ilə müşaiyyət olaunan çoxmərtəbəli binanın yanması ilə bağlı aparılan istintaq zamanı həbs təhlükəsindən canını məhz Fazil Məmmədovun hesabına qurtara bilib. Şəmkirin Alimpaşa Məmmədovu ilə bağlı isə bu günə kimi onlarla məlumat yayılıb və yayılan məlumatlarla bağlı icra başçısı bir neçə dəfə danlanılıb. Amma onun da vəzifəsindən uzaqlaşdırılmamasında Fazil Məmmədovun rolu böyük olub.
MilliYol.az
Digər xəbərlər
loading...