İspaniya Ali Məhkəməsi Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemonun həbsinə dair beynəlxalq orderi ləğv edib
“Reuters” xəbər verir ki, bu barədə İspaniya məhkəmə orqanının rəsmi “Twitter” səhifəsində bildirilib.
Məlumatda deyilir ki, hakim Pablo Lyarena hazırda Belçikada olan K. Puçdemon və Kataloniyanın 4 keçmiş hökumət üzvünün saxlanılmasına dair qərarı ləğv edib.
Xatırladaq ki, noyabrın 3-də İspaniya Milli Məhkəmə Kollegiyası K.Puçdemon və digər 4 nəfərin həbs edilməsinə dair qərar çıxarmışdı. Kataloniya hökumətinin keçmiş üzvləri qiyamın təşkilində, dövlət vəsaitlərin israf edilməsində ittiham olunurdular. Ölkə qanunvericiliyinə görə, bu ittihamlar üzrə 30 ilədək həbs cəzası nəzərdə tutulur. Bu şəxslərin İspaniyaya təhvil verilməsi ilə bağlı qərar dekabrın 14-də veriləcək.
Digər xəbərlər
loading...