Türkmənistan Respublikası İran İslam Respublikasını Beynəlxalq Arbitraj Məhkəməsinə verir
“Report” Türkmənistan KİV-inə istinadən bildirir ki, ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətə məhkəməyə təqdim ediləcək sənədləri hazırlamağ tapşırıb.
Qeyd edək ki, Türkmənistanın “Turkmenqaz” Dövlət Şirkəti İrandan 1,8 milyard dollar (bəzi mənbələrin məlumatına əsasən, 2 milyard dollar) məbləğində nəql etdiyi təbii qazın pulunu tələb edir. İran tərəfi isə məbləğə yenidən baxılmasını istəyir.
Xatırladaq ki, Türkmənistan KİV-i İranla təbii qazla bağlı yaranan münaqişə barəsində ilk dəfə məlumat yayıb.
Digər xəbərlər
loading...