Bu gün vergilər naziri təyin olunan Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olub
Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.
ABŞ-da Sakramento şəhərində hüquq məktəbində, daha sonra Azərbaycan Dövlət İqtisadiyyat Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. Nyu-York şəhərinin vəkillər kollegiyasının üzvüdür.
İlk əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb, 1999-2002-ci illərdə isə özəl sektorda hüquqşünas kimi işləyib.
2002-2003-cü illərdə İqtisadi İnkişaf nazirliyində məsləhətçi, 2003-2004-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrində çalışıb.
2004-cü ilin fevralın 20-də Azərbaycan iqtisadi inkişaf nazirinin müavini təyin olunub.
2009-cu ilin martın 6-dan isə "İçəri Şəhər" Qoruğunun direktoru kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Mikayıl Cabbarov vergilər naziri təyin edilənə qədər təhsil naziri vəzifəsində çalışıb.
Ailəlidir, iki uşağı var.(musavat.com)
Digər xəbərlər
loading...