Rusiyanın Ədliyyə Nazirliyi ölkədə fəaliyyət göstərən 9 KİV-i xarici agent funksiyalarını icra edən orqan kimi tanıyıb. Nazirlik bu KİV-lərin siyahısını açıqlayıb
Xarici agentlər siyahısına “Azad Avropa Radiosu/Azadlıq Radiosu”, “Amerikanın Səsi”, “Nastoyaşşeye Vremya” telekanalı, “Sibir. Realii”, “Qafqaz. Realii”, “Idel. Realii”, “Krım. Realii”, “Azadlıq Radiosu”nun tatar-başqırd xidməti və “Faktoqraf” salınıb.
Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putinin fərmanına əsasən Rusiyanın Ədliyyə Nazirliyinə xarici agent funksiyasını daşıyan xarici KİV-lərin reyestrini aparmaq səlahiyyəti verilib.(virtualaz.org)
Digər xəbərlər
loading...