Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin evində axtarış həyata keçirib
MilliYol.Az “Report” -a istinadən xəbər verir ki, axtarış vaxtı Saakaşvili evinin damına çıxıb və etiraz olaraq özünü yerə atacağını deyib.
“İndi Saakaşvili damdadır və hüquq-mühafizə orqanları əməkdaşları olduğu güman edilən şəxslərlə danışıqlar aparır. Səs-küy gəlir. Siyasətçi ona toxunacaqları təqdirdə özünü binanın damından aşağı atacağını deyir”, – Ukraynanın “1+1″ telekanalı məlumat verib.
Telekanalın bildirdiyinə görə, Saakaşvilini saxlamağa çalışıblar.
Kiyevdə hüquq-mühafizə orqanları Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilini evinin damında saxlayıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə onun silahdaşları bildiriblər.
Qeyd olunur ki, güc strukturu əməkdaşları onun evinin damının kənarından geri çəkib.
Bundan başqa, M.Saakaşvilinin silahdaşları ilə xüsusi təyinatlı dəstənin əsgərləri arasında siyasətçinin Kiyevin mərkəzindəki evinin yaxınlığında qarşıdurma yaşanıb.
MilliYol.Az
Digər xəbərlər
loading...