"Rusiya və Türkiyə Dağlıq Qarabağ məsələsini həll edəcəklər". Anspress-in məlumatına görə, bunu Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski yerli telekanalllardan birinə müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, Rusiya və Türkiyə ticarət əlaqələrini birləşdirmək, iqtisadi və hərbi səylər göstərməklə, həm dağlıq Qarabağ, həm də kürd problemini həll etmək iqtidarındadırlar.
"Əgər Türkiyə Rusiya ilə münasibətləri inkişaf etdirsə, bu uzunmüddətli olacaq. İqtisadi baxımdan istər ticarət, istər sənayedə bunun ancaq müsbət tərəfləri olacaq, mənfi tərəfdən söhbət gedə bilməz. Biz şimaldayıq, onlar cənubda. Biz özümüzə lazım olan hər şeyi - bu istər dəniz olsun, istər çimərlik, almağa hazırıq. Əvəzində də onlara dünyanın 10 ən inkişaf etmiş ölkəsi sırasında olaraq, nə lazımdırsa, verərik. Bu gün ruslara türklər daha yaxşı münasibət göstərir, nəinki, polyaklar, finlər və hətta ukraynalılar. Türkiyəyə ruslara qarşı xüsusi etirazlar yoxdur", - deyə siyasətçi əminliklə bildirib.
Jirinovski qeyd edib ki, əgər Rusiya və Türkiyə arasında münasibətlər yaxşılığa doğru davam edərsə, o zaman kürd və erməni problemi öz-özünə aradan qalxmış olar. Bu zaman Dağlıq Qarabağ problemi də özü həll olunacaq, Azərbaycan da razı qalacaq. Partiya lideri iki ölkənin barışığının həm Qafqaz, həm də Yaxın Şərqdə gözəl perspektivlərin olacağına inanır.
"Dağlıq Qarabağ münaqişəsinin həllini necə görürsünüz?" - sualına isə Jirinovski belə cavab verib: "Bunu qoy Kreml həll etsin, bizim prezident. Amma Dağlıq Qarabağ üçün xüsusi bir status tapmaq olar ki, bundan həm ermənilər, həm də azərbaycanlılar razı qalsın. Yəni bu elə bir variant olmalıdır ki, bundan canavarlar da tox olsun, qoyunlar da salamat".
MilliYol.Az
Digər xəbərlər
loading...