Yəməndə üsyançı husilər (“Ənsər Allah” hərəkatı) ölkənin paytaxtı Səna şəhərini tam nəzarət altına alıb
APA-nın xəbərinə görə, bu barədə yerli televiziya kanalı məlumat verib.
RİA “Novosti” agentliyinin məlumatına görə, silahlılar “Yemen Today” telekanalını ələ keçirərək 41 jurnalisti binada girov saxlayırlar.
“Yemen Today” sabiq prezident Əli Abdulla Salehin “Xalq konqresi” partiyasına yaxınlığı ilə tanınır. Dekabrın 2-də Əli Abdulla Saleh “Yemen Today” telekanalının efirində çıxış edərək xalqı husilərə qarşı üsyana qalxmağa, hərbçiləri isə husilərin əmrlərinə tabe olmamağa çağırıb. O, atəşkəsə nail olmaq və ölkəyə humanitar yardımın buraxılması üçün qonşu ölkələrlə danışıqlara başlamağa hazır olduğunu bəyan edib.
Qeyd edək ki, Yəmənin keçmiş prezidenti Əli Abdulla Saleh ötən gün husilər tərəfindən öldürülüb. Yəməndə üsyançı husilər, Əli Abdulla Salehi dəstəkləyən qüvvələr və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qüvvələr arasında silahlı münaqişə 2014-cü ildən davam edir.
MilliYol.Az
Digər xəbərlər
loading...