Bu ilin yanvar-oktyabr ayları ərzində Bakıda 127,5 milyon manatlıq kompüter məhsulları və elektrik avadanlıqları istehsal olunub
Oxu.Az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 6,1 faiz azalıb.
Elektrik avadanlıqlarının istehsalı isə 18,0 faiz artıb. Bu ilin on ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qızdırıcı məişət cihazlarının istehsalı 3,2 dəfə artıb.
Digər xəbərlər
loading...